...

Seymur Orucov: Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində "Fransa ermənilərin tərəfindədir" tezisi dəyişiləcək

Siyasət Materials 11 Oktyabr 2011 14:43 (UTC +04:00)
Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində "Fransa ermənilərin tərəfindədir" tezisi dəyişiləcək.
Seymur Orucov: Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində "Fransa ermənilərin tərəfindədir" tezisi dəyişiləcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində "Fransa ermənilərin tərəfindədir" tezisi dəyişiləcək. Bu barədə çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Fransa Prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz regionuna səfərinin nəticələrini şərh edərkən deyib.

Orucov Fransada güclü erməni diasporunun olduğunu xatırladıb və əlavə edib ki, bu diaspor iki əsrlik tarixə malikdir. Onun sözlərinə görə, Fransada Azərbaycan diasporu isə, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra formalaşmağa başlayıb.

O bildirib ki, Prezident İlham Əliyevin Fransa ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində gördüyü ilşər göz önündədir. Orucov ölkənin birinci xanımı Mehriban Əliyevanın da bu prosesdə yaxından iştirak etdiyini qeyd edib.

"Luvr Muzeyində bir neçə dəfə Azərbaycanla bağlı tədbirlər keçirilib. Azərbaycan dövləti Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək verib. Bu onu göstərir ki, ölkə rəhbərliyi bu sahədə də steriotiplərin dağıdılmasını qarşısına məqsəd qoyub və "Fransa ermənilərin tərəfindədir" tezisini dəyişmək niyyətindədir. Üstəlik Fransız məktəbinin təməlqoyma mərasimi bu prosesdə önəmli addım daşıyır. Prezident Sarkozi frankofoniyaya daxil olmaqla təhsilimizin önəmli səviyyələr qət edəcəyindən danışdı. Bakının tarixən müxtəlif mədəniyyətlərinin qovşağında yerləşdiyini bir daha vurğuladı", - Orucov əlavə edib.

YAP Gənclər Birliyinin sədri deyib ki, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının qarantı olduğunu kimi, Dağlıq Qarabağda yaşayan erməni vətəndaşların da qarantı olduğunu dəfələrlə müxtəlif səviyyələrdə vurğulayıb. Lakin erməni siyasətçiləri dünya ictimaiyyətinə bunun tərsini göstərməyə çalışır, iddia edirlər ki, guya ermənilər Azərbaycan daxilində təhdidlərə məruz qala bilərlər.

Orucov hesab edir ki, Fransa Prezidentinin regionda səsləndirdiyi bəyanatlar erməni siyasətçilərinin mövqelərinə ciddi zərbə vurub.

O qeyd edib ki, Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi, eləcə də Avropanın bəlkə də ürəyi olaraq, Cənubi Qafqaz regionunda da fəallaşmaq niyyətindədir.

"Təbii ki, həm Avropa İttifaqının, həm də Fransanın bu bölgədə öz maraqları var", - Orucov vurğulayıb.

O həmçinin deyib ki, "Fransanın Dağlıq Qarabağ probleminə baxış zəminində nə qədər dəyişmək mümkün olacaqdır?", "Fransanın bölgədəki maraqları baxımından bu nə dərəcə mümkündür?" kimi suallara cavabı gələcək göstərəcək.

Xəbər lenti

Xəbər lenti