...

Azərbaycan Prezidenti Türkiyədə baş verən zəlzələ ilə bağlı Abdullah Gülə və Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Siyasət Materials 23 Oktyabr 2011 21:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ilə bağlı bu ölkənin Prezidenti Abdullah Gülə və Baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Azərbaycan Prezidenti Türkiyədə baş verən zəlzələ ilə bağlı Abdullah Gülə və Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan, Bakı, 23 oktyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ilə bağlı bu ölkənin Prezidenti Abdullah Gülə və Baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Ölkənizdə baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!" İlham Əliyev Türkiyə Prezidentinə verdiyi başsağlığında deyib.

Azərbaycan Prezidenti Türkiyənin Baş nazirinə verdiyi başsağlığında bildirib:

"Van vilayətində baş vermiş zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".

Xəbər lenti

Xəbər lenti