...

SAM "BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri" adlı beynəlxalq seminarda iştirak edəcək

Siyasət Materials 15 Noyabr 2011 11:23 (UTC +04:00)
Noyabrın 16-18-də İstanbulda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə "BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri" adlı beynəlxalq seminar keçiriləcək.
SAM "BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri" adlı beynəlxalq seminarda iştirak edəcək

Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir E.Mehdiyev/

Noyabrın 16-18-də İstanbulda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə "BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri" adlı beynəlxalq seminar keçiriləcək. Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndəsi də iştirak edəcək.

SAM-ın mətbuat xidmətindən cərşənbə axşamı Trend-ə verilən məlumata görə, BMT-nin İrana qarşı sanksiyasının icra mexanizmləri və bunun regional hökümət və azad biznes qurumlarının fəaliyyətinə təsirləri tədbirin əsas müzakirə mövzusu olacaq.

Həmçinin seminar əlaqədar təşkilatların bu sahədəki təcrübələrini bölüşməsinə, məlumat mübadiləsinə və eləcə də sanksiyaların qoyduğu şərtlərə doğru əməl olunması və qaydalar pozulduğu halda yaranan risklərin öyrənilməsinə imkan yaradacaq.

Tədbirdə SAM-ın eksperti Reşad Kərimov sanksiyaların icrasında Azərbaycanın yürütdüyü siyasət mövzusunda məruzə ilə çıxış edəcək. Region ölkələrinin digər məruzəçiləri də İranla qurulan iqtisadi əlaqələrdə onların üzərinə düşən öhdəliklərdən bəhs edəcək və sanksiya ilə bağlı real təkliflərini irəli sürəcəklər.

Xəbər lenti

Xəbər lenti