...

Moskva ehtiyac yaranarsa, Rusiyanın RƏM sistemində Qəbələ RLS-dən istifadə məsələsini nəzərdən keçirə bilər - Nikolay Bordyuja

Siyasət Materials 24 Noyabr 2011 14:48 (UTC +04:00)
Moskva ehtiyac yaranarsa, Rusiyanın RƏM sistemində Qəbələ RLS-dən istifadə məsələsini nəzərdən keçirə bilər.
Moskva ehtiyac yaranarsa, Rusiyanın RƏM sistemində Qəbələ RLS-dən istifadə məsələsini nəzərdən keçirə bilər - Nikolay Bordyuja

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Moskva ehtiyac yaranarsa, Rusiyanın RƏM sistemində Qəbələ RLS-dən istifadə məsələsini nəzərdən keçirə bilər. Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə cümə axşamı Rusiya XİN-də jurnalistlər üçün təşkil edilən brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja deyib.

"Qəbələ RLS Rusiyanın maraqları çərçivəsində istifadə edilir. Bunun üçün müvafiq saziş var. Əgər bu seqmentin Rusiyanın RƏM sistemində istifadəsi tələb edilərsə, Rusiya sazişin prolonqasiyası məsələsini ortaya qoyacaq", - Bordyuja qeyd edib.

Qəbələ radiolokasiya stansiyası Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsidir. Stansiya Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşir. RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya stansiyadan istifadəni icarə şərtləri əsasında davam etdirib. Saziş stansiyanın statusunu Azərbaycanın mülkiyyəti olmaqla və Rusiyaya 2012-ci ilədək 10 il müddətinə müqavilənin uzadılması şərtilə icarəyə verilən analitik-informasiya mərkəzi kimi statusunu müəyyənləşdirib. Onun icarə müddəti 2012-ci ilin dekabrında başa çatır.

Stansiya Rusiya tərəfindən cənub istiqamətində kosmik-hava məkanına nəzarət etmək və İran, Pakistan, Hindistan kimi ölkələrdən ballistik raketlərin mümkün buraxılması barədə xəbərdarlıq etmək üçün istifadə olunur.

Xəbər lenti

Xəbər lenti