...

Avronest ilə Belarus arasında münasibətlərin perspektivləri müzakirə olunub

Siyasət Materials 1 Dekabr 2011 16:20 (UTC +04:00)
Avronest ilə Belarus arasında münasibətlərin istiqamətləri və perspektivləri müzakirə olunub.
Avronest ilə Belarus arasında münasibətlərin perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Mehdiyev/

Avronest ilə Belarus arasında münasibətlərin istiqamətləri və perspektivləri müzakirə olunub.

Noyabrın 26-30-da Belçikanın paytaxtında Avronest Parlament Assambleyasının Belarus üzrə işçi qrupunun iclası keçirilib. Bunu cümə axşamı Trend-ə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, işçi qrupunda Avronest ilə Belarus arasında münasibətlərin istiqaməti və perspektivləri müzakirə olunub.

"Bu toplantıya dəvət olunan Belarusun xarici işlər naziri iclasa gəlməmişdi. Ancaq müxalifət nümayəndələri iştirak edirdilər. Qərara alındı ki, gələcək toplantılarda bu müzakirələr davam etdirilsin və hansısa bir qərarlar qəbul edilsin", - Mollazadə qeyd edib.

O bildirib ki, görüş zamanı heç bir sənəd imzalanmayıb.

Xəbər lenti

Xəbər lenti