...

Mehriban xanım Əliyeva Romada Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edib (FOTO)

Siyasət Materials 3 Dekabr 2011 12:02 (UTC +04:00)
Mehriban xanım Əliyeva Romada Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edib (FOTO)
Mehriban xanım Əliyeva Romada Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edib (FOTO)

Dekabrın 2-də Romada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Mərasimdən əvvəl Mehriban xanım Əliyeva İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi xanım Marta Dassu ilə görüşdü.

Azərbaycanın birinci xanımı ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün İtaliyanın paytaxtında keçirilməsindən məmnunluğunu bildirdi. Mehriban xanım Əliyeva Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək sürətlə inkişaf etməsinin təsadüfi olmadığını diqqətə çatdırdı. Məqsədinin Azərbaycanın mədəni irsini dünyada tanıtmaq olduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bu görüşün əlaqələrin inkişafına yeni təkan verəcəyini söylədi.

İtaliyanın Prezidenti Ciorcio Napolitano ilə görüşünü xatırlayan Mehriban xanım Əliyeva bir sıra vacib məsələlərin müzakirə edildiyini, Azərbaycan ilə İtaliyanı sıx dostluq münasibətlərinin birləşdirdiyini və əlaqələrin daha da genişlənəcəyini diqqətə çatdırdı.

Xanım Marta Dassu yeni təyin olunduğu vəzifəsində ilk görüşünü məhz Azərbaycanın birinci xanımı ilə keçirdiyindən məmnunluğunu dilə gətirdi.

"Mən hesab edirəm ki, Azərbaycan hər bir sahədə İtaliya ilə yaxın münasibətdə olmalıdır", - deyən dövlət katibi bu əlaqələrin xüsusən iqtisadi və mədəni sahələrdə genişlənməsinin zəruriliyini önə çəkdi.

Xanım M.Dassu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı ilə tanış olduğunu diqqətə çatdırdı, onun rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı.

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Marta Dassu milli xalçalarımızın sərgisinə baxdılar. Azərbaycan xalçaçılıq məktəbinin zəngin ənənələrini əks etdirən xalçalar sərgiyə baxanlarda heyranlıq doğurdu. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri bu ərazinin əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut etdi. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaçılıq sənəti bu gün özünün qayğıkeş hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə dünyada tanınır, yeni inkişaf mərhələsinə qədəm qoyur.

Qədim misgərlik nümunələrinin və milli musiqi alətlərinin sərgiləndiyi guşə isə Azərbaycanın incəsənətini, mədəniyyətini nümayiş etdirməklə yanaşı, onun qədim tarixinin və ənənələrinin əyani göstəricisi oldu. Bu ənənələr bu gün də qorunub saxlanılmaqdadır.
Sərgidə qonaqlar iki ildir ki, Bakıda keçirilən "Qız qalası" festivalında yaradılan və nümayiş olunan əsərlərə də tamaşa etdilər. İyirmi əsərin nümayiş olunduğu bu sərgidə dünyanın müxtəlif ölkələrindən olan rəssamlar Bakının rəmzi sayılan Qız qalasının timsalında hiss və duyğularını auditoriyaya çatdırdılar.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Azərbaycan tarixinin, mədəniyyətinin müxtəlif istiqamətlərini əks etdirən kitab və bukletlərlə yanaşı, "Azərbaycan" nəşrinin italyan dilində variantının təqdimatı oldu. Ölkəmizin tarixi, mədəniyyəti, paytaxtı da daxil olmaqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdəki 1000-dən çox fotoşəkil sərgiyə gələnlərdə böyük maraq oyatdı.

Sonra təntənəli mərasim başladı.

Mərasimdə çıxış edən İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Marta Dassu Azərbaycan üçün çox əhəmiyyətli bir yubileyə həsr olunmuş tədbirdə iştirakından şərəf duyduğunu söylədi. O, Mehriban xanım Əliyevanı Azərbaycan mədəni irsinin dünyada təbliği işinə verdiyi töhfələri təqdir etdiyini bildirdi.

Marta Dassu Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini vurğuladı.

Xəbər lenti

Xəbər lenti