...

XİN: Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi İranın strateji siyasətidir

Siyasət Materials 6 Yanvar 2012 15:09 (UTC +04:00)
İran İslam Respublikasının strateji siyasətlərindən biri də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsidir.
XİN: Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi İranın strateji siyasətidir

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikasının strateji siyasətlərindən biri də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsidir. Bunu İranın xarici işlər nazirinin köməkçisi və bu ölkənin Azərbaycandakı sabiq səfiri Əlirza Bigdeli cümə günü Ərdəbildə keçirilən konfransda deyib. Trend-in məlumatına görə, bu barədə cümə günü İRNA agentliyi xəbər verir.

Bigdeli bildirib ki, qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi İran Konstitusiyasının əsasını təşkil edir.

"Qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması iki ölkənin mənafeyini təmin edir. İki ölkə arasındakı dostluq münasibətlərinə heç bir amil xələl gətirə bilməz", - Bigdeli deyib.

Onun sözlərinə görə, Azərbaycan və İran rəsmiləri əlaqələrin inkişafında maraqlıdırlar və kənarda baş verən kiçik hadisələr iki ölkə rəhbərliyinin əlaqələrin inkişafı ilə bağlı iradəsinə təsir göstərə bilməz.

Xəbər lenti

Xəbər lenti