Azərbaycan, Bakı, 12 yanvar / Trend müxbir E.Mehdiyev/
Koreya Respublikası Xalq Assambleyasının sədri Pak Hi-Taenin cümə axşamı Azərbaycana səfəri başlayıb.
Trend-in məlumatına görə, yanvarın 12-14 ərəfəsində Koreyanın qanunvericilik orqanının rəhbəri Milli Məclisin rəhbərliyi ilə görüşməyi planlaşdırır.
Habelə səfər proqramına Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət, paytaxtın görməli yerləri ilə tanışlıq və həmvətənlərlə görüş daxildir.
Qeyd edək ki, Koreya Respublikası Xalq Assambleyasının sədr ilk dəfə Azərbaycana səfərə gəlib.