...

Hüseynqulu Bağırov: Meşə sahələri Azərbaycanın ümumi sahəsinin 0,5 faizi qədər artıb

Siyasət Materials 29 Yanvar 2012 02:04 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Davosda Azərbaycana həsr olunan interaktiv sessiyada çıxışı zamanı bildirdi ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, ətraf mühitin qorunması və ekologiya sahəsi ilə bağlı mühüm işlər görülür.
Hüseynqulu Bağırov: Meşə sahələri Azərbaycanın ümumi sahəsinin 0,5 faizi qədər artıb

Azərbaycan, Bakı, 29 yanvar / Trend /

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Davosda Azərbaycana həsr olunan interaktiv sessiyada çıxışı zamanı bildirdi ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, ətraf mühitin qorunması və ekologiya sahəsi ilə bağlı mühüm işlər görülür.

Hüseynqulu Bağırov son 10 il ərzində ölkəmizin bu sahədə böyük uğurlar qazandığını bildirərək dedi: "İcazə verin bəzi məqamları diqqətinizə çatdırım. Bildiyiniz kimi, dünyada meşə sahələrinin qırılması artıq meyil halını almışdır. Biz Azərbaycanda bu meylin qarşısını almağa nail olmuşuq. Beləliklə, meşə sahələri ölkənin ümumi sahəsinin 0,5 faizi qədər artmışdır. Bu iş davam edir."

Nazirin sözlərinə görə, yalniz 2011-ci ildə Azərbaycanda 7 milyon ağac əkilmişdir ki, bu da 10 min hektar ərazini əhatə edir.

"Biz qorunan ərazilərin sahəsini 2 dəfə artırmışıq - 480 min hektardan 1 milyon hektaradək. Bu, çox böyük rəqəmdir. Nəsli kəsilməkdə olan heyvan növlərinin sayının artırılması layihələri üzərində işləyirik" deyə nazir bildirib.

Sonra ekologiya və təbii sərvətlər naziri ətraf mühitin qorunması, atmosferin çirklənməsinin qarşısının alınması və digər sahələrdə aparılan işlər barədə də məlumat verdi.

Xəbər lenti

Xəbər lenti