...

Qəzaya uğramış yük gəmisindən xilas edilən azərbaycanlı dənizçilər Simferopola çatdırılacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Fevral 2012 14:12 (UTC +04:00)
Azov dənizində qəzaya uğramış yük gəmisindəki səkkiz azərbaycanlı dənizçi xilas edilib və yaxın zamanda Simferopola çatdırılacaq.
Qəzaya uğramış yük gəmisindən xilas edilən azərbaycanlı dənizçilər Simferopola çatdırılacaq (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə olunub və başlıq dəyişdirilib (İlk xəbər saat 13:03-də yayılıb)

Azərbaycan, Bakı, 7 fevral /Trend müxbir S.Ağayeva/

Azov dənizində qəzaya uğramış yük gəmisindəki səkkiz azərbaycanlı dənizçi xilas edilib və yaxın zamanda Simferopola çatdırılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Bu gün saat 05:40-da Panamanın "Avak 1" yük gəmisi Azov dənizinin Zaporojye vilayəti rayonunda olarkən fəlakət siqnalı verib. Yük gəmisinin qəzaya uğradığı yer Berdyanskdan 30 və Kerçdən 100 millik məsafədə yerləşir. Qəza rayonunda temperatur mənfi 19 dərəcə və küləyin sürəti saniyədə 17 metrdir.

Yük gəmisinin qəzaya uğraması haqqında məlumat daxil olduqdan sonra Azərbaycanın Ukraynadakı səfirliyi gəmidə azərbaycanlıların olmasını dəqiqləşdirməyə başlayıb.

Zaporojye vilayətinin FHN Bİ-nin rəisinin köməkçisi Yuliya Barışyovanın Ukrayna KİV-nə əvvəl verdiyi məlumata görə, gəminin komandası 12 nəfərdən ibarətdir. Onlardan 3-ü ukraynalı, biri türk və 8-i azərbaycanlıdır.

Xəbər lenti

Xəbər lenti