...

Bakıda iri neft-qaz emalı və neft-kimya kompleksinin tikintisi üzrə planlar təqdim ediləcək

Siyasət Materials 13 Fevral 2012 10:46 (UTC +04:00)
Aprelin 10-12-də Bakıdakı "Hilton" hotelində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) təşəbbüsü ilə forum keçiriləcək.
Bakıda iri neft-qaz emalı və neft-kimya kompleksinin tikintisi üzrə planlar təqdim ediləcək

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Aprelin 10-12-də Bakıdakı "Hilton" hotelində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) təşəbbüsü ilə forum keçiriləcək. Forum çərçivəsində Azərbaycanda iri neft-qaz emalı və neft-kimya kompleksinin tikintisi layihəsi müzakirə ediləcək. Forumun təşkilatçıları qismində "Iteca Caspian" və "INBC Consulting" çıxış edirlər. Trend Beynəlxalq İnformasiya Agentliyi, Day.az və Milli.az iri informasiya portalları tədbirə informasiya dəstəyi göstərəcəklər.

Forumun məqsədi ARDNŞ tərəfindən potensial lisenziarlar, mühəndis-layihə, təchizatçı, tikinti və digər podradçı şirkətlər, texnoloji proseslər üzrə məsləhətçilər, neftin emalı və neft emalı və neft-kimya məhsullarının istehsalı üzrə qurğuların dünyaca məşhur istehsalçıları, maliyyə strukturları, hüquqi ekspertlər, ekoloji məsələlər üzrə məsləhətçilər, treydinq, logistik, servis və s. şirkətləri daxil olmaqla dünya səviyyəli bir çox şirkətə layihə haqqında məlumat verilməsidir.

Layihə ilə tanış olmaq imkanı ilə yanaşı, mövcud Forum dünyanın qabaqcıl şirkətlərinə rəhbərlik və digər yüksəkrütbəli nümayəndələr səviyyəsində neft-qaz emalı və neft-kimya sahəsində öz təcrübəsini, texnologiyalarını və digər resursları və innovasiya həllərini təqdim etməyə unikal imkan yaradır.

Açılışının ARDNŞ prezidenti Rövnəq Abdullayev tərəfindən edilməsi planlaşdırılan Forumda, həmçinin müvafiq dövlət strukturlarının yüksəkrütbəli məmurlarının və neft-qaz və neft-kimya sektorlarında elm dünyasının nümayəndələrinin iştirakı və çıxışı gözlənilir. Forumun formatı belə layihələr üçün unikal sahə texnologiyalarını, öz təcrübəsini və biliklərini təqdim edən dünyanın qabaqcıl şirkətlərinin rəhbərlərinin çıxışı ilə sessiyaları da nəzərdə tutur.

Forumda sponsor, məruzəçi, nümayəndə qismində sərgi stendinin təşkili vasitəsilə, həmçinin Forumun kataloqunda reklam yerləşdirmək yolu ilə iştirak etmək mümkündür.

Bununla da Forum neft-qaz emalı və neft-kimya kompleksinin tikinti layihəsi üzrə doğru və ətraflı məlumat almaq baxımından əla imkan olacaq və bazarın əsas oyunçularının təcrübəsi ilə tanış olmağa imkan verəcək.

Forum artıq indidən dünyada böyük maraq doğurur.

Forumda bu günə qədər iştirakını təsdiqləyən şirkətlər bunlardır: "Azenco", "Air Liquide", "Air Products", "Axens", "Baker & McKenzie", "Baker Botts LLP", "Daelim", "Daewoo", "Deloitte & Touche LLC", "Dow Chemical", "Fluor, Foster Wheeler", "Honeywell", "Hyundai E&C", "ING Bank", "JGC Corporation", KBR, "Lanxess", "Marubeni Corporation", "Mitsui & Co", "Petkim Petrokimya Holding", "Protasis SA", "Shaw Energy & Chemicals", "SNC-Lavalin", "Stamicarbon", "Socar Turkey", "UOP Limited", "Velosi" və bir çoxlarıdır.

Tədbirə birbaşa dəstəyi Forumun baş sponsoru olan ARDNŞ göstərir. Tədbirin sponsorları arasında, həmçinin "Foster Wheeler", UOP və dünyanın digər məşhur şirkətləri var.

Xəbər lenti

Xəbər lenti