...

İlham Əliyev Serbiya Prezidentini təbrik edib

Siyasət Materials 14 Fevral 2012 18:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Boris Tadiçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Serbiya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Boris Tadiçə təbrik məktubu ünvanlayıb.

"Serbiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı yolunda səylərimiz bundan sonra da əlaqələrimizin hərtərəfli genişlənməsinə, dostluq və əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Boris Tadiçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Serbiya xalqına sülh və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti