...

XİN-in əməkdaşları arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə birinci çempionat keçiriləcək

Siyasət Materials 17 Fevral 2012 11:28 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin əməkdaşları arasında fevralın 19-da "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə birinci çempionat keçiriləcək.
XİN-in əməkdaşları arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə birinci çempionat keçiriləcək

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Xarici İşlər Nazirliyinin əməkdaşları arasında fevralın 19-da "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə birinci çempionat keçiriləcək.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, çempionatda iştirak etmək üçün XİN-in əməkdaşlarından ibarət 8 komanda artıq qeydiyyatdan keçib. Hər komanda 5 və 6 nəfərdən təşkil olunub.

XİN-də bu tipli intellektual oyunlar mütəmadi olaraq keçirilir. Bu məqsədlə nazirlikdə "Diplomat" İntellektual Klubu da təsis edilib.

Artıq ikinci dəfədir ki, klub tərəfindən XİN əməkdaşları arasında çempionat keçirilir.

Xatırladırıq ki, bundan öncə ötən ilin 9 may tarixində Şahmat Klubunda XİN üzrə birinci "Breyn Rinq" intellektual oyunu təşkil edilmişdi.

Xəbər lenti

Xəbər lenti