...

Azərbaycan və Latviya əməkdaşlığın yeni mərhələsinə yüksəliblər - nazir

Siyasət Materials 24 Fevral 2012 18:27 (UTC +04:00)
Azərbaycan və Latviya əməkdaşlığın yeni mərhələsinə yüksəliblər.
Azərbaycan və Latviya əməkdaşlığın yeni mərhələsinə yüksəliblər - nazir

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbirlər A.Bədəlova, E.Tariverdiyeva/

Azərbaycan və Latviya əməkdaşlığın yeni mərhələsinə yüksəliblər. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Diplomatik Akademiyasında "Aİ və Azərbaycan arasında dialoqun dərinləşdirilməsi prosesində Latviyanın perspektivləri" mövzusunda baş tutan mühazirə zamanı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib.

"Biz Latviya və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsindəyik", - Rinkeviçs deyib.

Onun sözlərinə görə, fəal siyasi dialoq və ticarətin həcmi bu prosesin təsdiqidir.

Nazirin sözlərinə görə, Latviya Aİ kimi, ümumilikdə, Azərbaycan ilə münasibətlərin möhkəmləndirilməsinə hazırdır.

Rinkeviçs deyib ki, Latviya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa və Helsinki əsas prinsiplərinə uyğun tezliklə nizamlanmasını dəstəkləyir.

O qeyd edib ki, Aİ Azərbaycanın iri ticarət tərəfdaşıdır və nəticə etibarilə Azərbaycanla əlaqələrin daha sıx olacağı istənilən təşəbbüsü alqışlayıb.

Rinkeviçs onu da vurğulayıb ki, Latviya Azərbaycanın Aİ-yə inteqrasiyası işində maksimum faydalı olmağa hazırdır.

Enerji sahəsində əməkdaşlığa toxunan nazir deyib ki, Azərbaycan Aİ-nin enerji strategiyasında vacib rol oynayır.

Rinkeviçs qeyd edib ki, Latviya həm Azərbaycana, həm də Aİ-yə bərabər dərəcədə fayda verən "Cənub dəhlizi" çərçivəsində istənilən layihəni dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti