...

Gürcüstan Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Siyasət Materials 21 Mart 2012 14:57 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstanda yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.
Gürcüstan Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstan, Tbilisi, 21 mart / Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstanda yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

"Əziz vətəndaşlar, azərbaycanlılar, Novruz Gürcüstanda olan bütün bayramlar kimi mənə yaxın və əzizdir. Həmin gün mən sizinlə birlikdə sevinirəm və ölkəmizin gələcəyinə ümidlə baxıram. Novruz ailəvi bir bayramdır və mən sizin ailənin bir üzvü kimi bu sevinci sizinlə bölüşürəm", - dövlət başçısının təbrik məktubunda deyilir.

Məktubda qeyd olunur ki, bu gün bütün dünya mədəniyyəti və svilizasiyası üçün əzizdir və MBT-nin Baş Assambleyası Nozruzu beynəlxalq bayram kimi tanıyıb.

"Bu milli bayram münasibətilə sizi səmimi qəlbdən təbrik edir və sizin hər birinizə uğurlar, sülh və əmin-amanlıq arzulayıram", - Saakaşvili deyib.

Xəbər lenti

Xəbər lenti