Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Məkki Salla təbrik məktubu ünvanlayıb.
"Seneqal Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Məkki Salla möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.