...

Qazaxıstanın Baş naziri və XİN rəhbəri Azərbaycana səfər edəcəklər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Aprel 2012 12:54 (UTC +04:00)
Qazaxıstanın Baş naziri Kərim Məsimov və XİN rəhbəri Erjan Kazıxanov Azərbaycana səfər edəcəklər.
Qazaxıstanın Baş naziri və XİN rəhbəri Azərbaycana səfər edəcəklər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 12.35-də yayılıb)

Azərbaycan, Bakı, 12 aprel / Trend, müxbir S.Ağayeva/

Qazaxıstanın Baş naziri Kərim Məsimov və XİN rəhbəri Erjan Kazıxanov Azərbaycana səfər edəcəklər. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov cümə axşamı jurnalistlərə bildirib.

Səfir bildirib ki, Qazaxıstanın XİN rəhbəri Bakıya azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti ilə gəlib. Onun səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunacaq.

İki ölkə avqustun 27-də diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edəcək.

Qazaxıstan hökumətinin rəhbərinin səfəri bu il Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirakı ilə bağlıdır.

Ümumilikdə, bu il ikitərəfli münasibətlər planında zəngin il olacaq.

4-8 iyunda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri, 19-22 noyabrda isə Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti