...

Ukrayna Ali Radası sədrinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Siyasət Materials 17 Aprel 2012 11:59 (UTC +04:00)
Ukrayna Ali Radasının sədri Vladimir Litvinin Azərbaycana səfərinin proqramı açıqlanıb.
Ukrayna Ali Radası sədrinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir M.Əliyev/

Ukrayna Ali Radasının sədri Vladimir Litvinin Azərbaycana səfərinin proqramı açıqlanıb.

Milli Məclisdən çərşənbə axşamı Trend-ə bildiriblər ki, aprelin 18-19-da baş tutacaq səfər çərçivəsində Litvin Azərbaycanın Baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, həmçinin bir sıra deputatlarla görüşü keçiriləcək.

Ukrayna Ali Radası sədrinin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunması gözlənilir.

Səfər çərçivəsində Ali Radanın sədri Fəxri və Şəhidlər xiyabanlarını, Dövlət Bayrağı meydanını və Taras Şevçenkonun abidəsini ziyarət edəcək.

Xəbər lenti

Xəbər lenti