...

Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır - Radanın spikeri

Siyasət Materials 19 Aprel 2012 14:05 (UTC +04:00)
Azərbaycan və Ukrayna arasında münasibətlər xüsusi strateji status alır.
Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır - Radanın spikeri

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Ukrayna arasında münasibətlər xüsusi strateji status alır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirdiyi brifinqdə Ukrayna Ali Radasının spikeri Vladimir Litvin bildirib.

Onun sözlərinə görə, Azərbaycan təkcə regionda deyil, həm də ümumilikdə dünyada xüsusi yer tutur.

"Bütün məsələlərin praktiki həlli hökumətlərimizin qarşılıqlı fəaliyyətlərinin üzərinə düşür, hər iki ölkənin parlamentləri isə buna öz qanunverici dəstəyini verməyə hazırdır. Ehtiyac yaranarsa, biz hökumətə razılaşmaları praktiki müstəviyə keçirməyə təkan verəcəyik", - Litvin qeyd edib.

Onun sözlərinə görə, bir çox sahələrdə praktiki iş üçün geniş imkanlar mövcuddur.

"Biz bütün sahələrdə qarşılıqlı münasibətlərimizin keyfiyyətcə yeni, praktiki səviyyədə inkişafına köklənmişik. Hazıra biz bu istəyi və Azərbaycan Milli Məclisində görüş zamanı əməkdaşlığa can atmanı möhkəmləndirdik", - Litvin deyib.

Xəbər lenti

Xəbər lenti