...

Azərbaycan Prezidenti "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nı təsdiq edib

Siyasət Materials 25 Aprel 2012 19:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Prezidenti "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nı təsdiq edib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Aviasiya Təhlükəsizliyi üzrə Respublika Komissiyasının tərkibi və onun Əsasnaməsi ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək üçün zəruri tədbirlər görmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərmanda qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Nazirlər Kabinetinə məlumat versin.

Xəbər lenti

Xəbər lenti