...

Gənclər və idman naziri YAP-ın fəal gəncləri ilə görüşüb

Siyasət Materials 18 May 2012 14:21 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşüb.
Gənclər və idman naziri YAP-ın fəal gəncləri ilə görüşüb

Azərbaycan, Bakı, 18 may / Trend müxbir M.Əliyev/

Gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşüb.

Azərbaycanda gənclərin inkişafı üçün hər bir şəraitin yaradıldığını deyən nazir Azad Rəhimov ölkədə gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, təbirlər barədə danışıb.

Rəhimov ölkə başçısı tərəfindən gəncliyin inkişafı üçün əlverişli şəraitin yaradıldığını, gənclərə qayğı və dəstək göstərildiyini deyib.

Son illər Azərbaycan gəncliyinin siyasi, iqtisadi, mədəni, sosial, idman və digər sahələrdə qazandığı qələbələrə və uğurlara toxunan nazir bildirib ki, gəncliyimizin uğurları dünyanı heyrətləndirib.

Tələbələr arasında keçirilən "Univision" yarışmasını müsbət dəyərləndirən Rəhimov bildirib ki, nazirlik hər zaman gənclərin inkişafına xidmət edən layihələrə dəstək verəcək.

Görüş üçün nazirə təşəkkür edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkə başçısının rəhbərliyi ilə aparılan gənclər siyasətini dəstəklədiklərini bildirib.

Orucov YAP Gənclər Birliyinin toplantısında təşkilatın əsas prioritet istiqamətlərinin müəyyənləşdirildiyini deyib.

O bildirib ki, təşkilatın əsas fəaliyyət istiqamətləri Gənclər Birliyinin beynəlxalq və regional əlqələrinin gücləndirilməsi, gənclər arasında ideoloji işin aparılmasıdır.

Birliyin sədri deyib ki, ötən il keçirilən yay məktəbində 600 gənc iştirak edib və burda iştirak edənlərin əksəriyyəti regionları təmsil edən gənclər olub.

Orucov qeyd edib ki, mayın sonu, iyunun əvvəlində Naxçıvanda gənclərin zona müşavirəsinin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti