Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Prezidenti Ciorcio Napolitanoya başsağlığı verib.
"Hörmətli cənab Prezident, Ölkənizin şimalında baş vermiş zəlzələnin doğurduğu insan tələfatı və ciddi dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram" İlham Əliyev başsağlığı məktubunda deyib.
İlham Əliyev İtaliyanın Prezidentinə başsağlığı məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Prezidenti Ciorcio Napolitanoya başsağlığı verib