Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin müxalifyönlü Cümhuriyyət Xalq Partiyası (CHP) ölkənin xarici işlər naziri Əhməd Davudoğluna etimadsızlıq rəyini ifadə edib. Bu barədə cümə günü Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Rəydə deyilir ki, Davudoğlunun rəhbərliyi altında xarici siyasət ölkəni qonşu dövlətlərlə problemlər yaradan səhv siyasətə aparır.
"Biz tələb edirik ki, parlament Türkiyə siyasətini qonşu ölkələrlə düşmənçilik həddinə çatdıran və xarici siyasətdəki səhvləri uğur kimi qələmə verən Əhməd Davudoğluna etimadsızlıq rəyi ifadə etsin", - rəydə deyilir.
Agentliyin məlumatına görə, etimadsızlıq rəyi baxılmaq üçün parlamentə göndərilib.