...

Hakim partiya: "Eurovision" mahnı müsabiqəsinin təşkili bir daha göstərdi ki, ölkəmiz güclü potensiala malikdir

Siyasət Materials 27 May 2012 08:30 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, "Eurovision" mahnı müsabiqəsinin təşkili bir daha göstərdi ki, ölkəmiz güclü potensiala malikdir.
Hakim partiya: "Eurovision" mahnı müsabiqəsinin təşkili bir daha göstərdi ki, ölkəmiz güclü potensiala malikdir

Azərbaycan, Bakı, 27 may / Trend müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası hesab edir ki, "Eurovision" mahnı müsabiqəsinin təşkili bir daha göstərdi ki, ölkəmiz güclü potensiala malikdir.

"Eurovision" mahnı müsabiqəsinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi ölkəmiz üçün siyasi, iqtisadi baxımdan çox mühüm bir hadisə idi. "Eurovision" yarışmasına ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz beynəlxalq əhəmiyyətli, böyük tədbirləri keçirməyə hazırdır və bunları çox uğurla təşkil edə bilir", - bunu bazar günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib.

YAP rəsmisi "Eurovision" müsabiqəsinə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini vurğulayaraq bildirib ki, qısa zamanda görülən bu işlər Azərbaycanın potensialını bir daha aşkar şəkildə büruzə verdi.

"Yarışmanın təşkili, onun keçirilməsi, onun dünya mediasına çatdırılması, yarışmanı izləmək üçün Azərbaycana gələn qonaqların qarşılanması, müsabiqədə iştirak edənlər üçün əlverişli şəraitin təmin edilməsi - bütün bunlar gələnlər tərəfindən yüksək dəyərləndirilib", - o deyib.

Qurbanlı qeyd edib ki, Azərbaycanda keçirilən "Eurovision" yarışması indiyədək təşkil edilən yarışmalardan çox möhtəşəmliyi ilə seçilib.

"Bu möhtəşəmliyi iştirakçılar və qonaqlar Bakı şəhərinin timsalında, ölkəmizin inkişafında müşahidə edə bildilər. Bu yarışmada Azərbaycan musiqisinin də özünəməxsus şəkildə nümayiş etdirilməsi ölkəmizin hər bir vətəndaşı üçün sevindirici oldu. Bu yarışma və onun nəticələri Azərbaycan üçün qürurvericidir və bizim mədəniyyətimizin nümayişi baxımından əhəmiyyətlidir", - YAP funksioneri əlavə edib.

Xəbər lenti

Xəbər lenti