...

28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir

Siyasət Materials 29 May 2012 16:34 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər davam edir.
28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir

Azərbaycan, Bakı, 29 may /Trend/

28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər davam edir.

"Azərbaycanın Milli bayramı - 28 May - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və xalqınıza ən səmimi salamlarımızı və arzularımızı yetirirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm", - İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın təbrik məktubunda deyilir.

"Qətər Dövlətinin xalqı adından və öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında mövcud olan əlaqələr gələcək illərdə daha da möhkəmlənəcəkdir", - Qətər Dövlətinin Əmiri Həməd bin Xəlifə Al Tani təbrikində bildirib.

Prezident İlham Əliyevi təbrik edənlər sırasında Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves də var.

"Azərbaycanın Milli bayramı - 28 May - Respublika Günü münasibətilə Estoniya xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - Hendrik İlves qeyd edib.

"Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə xoşbəxtlik və cansağlığı arzulayır, səmimi təbriklərimi böyük məmnuniyyətlə çatdırıram. Mən, həmçinin Sizin müdrik rəhbərliyiniz altında xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, xalqlarımızın islami qardaşlıq, ölkələrimiz arasında mövcud olan məhsuldar əməkdaşlıq və fəal həmrəylik əlaqələrini yüksək qiymətləndirdiyimi demək istərdim. Mən bizim əlaqələrin möhkəmləndirilməsi və xalqlarımızın istəklərinin yerinə yetirilməsi üçün Zati-alilərinizlə işləməyi davam etdirməyi çox arzu edərdim. Beləliklə, biz iki millət arasında ortaq maraqları paylaşaraq və müsəlman ümmətin ədalətli işlərinə və uca məqsədlərə nail olmasına xidmət edəcəyik", - Mərakeş Kralı IV Mohammedin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti