...

28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 May 2012 18:37 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər davam edir.
28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 16:34-də yayılıb

Azərbaycan, Bakı, 29 may /Trend/

28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər davam edir.

"Azərbaycanın Milli bayramı - 28 May - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və xalqınıza ən səmimi salamlarımızı və arzularımızı yetirirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm", - İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın təbrik məktubunda deyilir.

"Qətər Dövlətinin xalqı adından və öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında mövcud olan əlaqələr gələcək illərdə daha da möhkəmlənəcəkdir", - Qətər Dövlətinin Əmiri Həməd bin Xəlifə Al Tani təbrikində bildirib.

Prezident İlham Əliyevi təbrik edənlər sırasında Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves də var.

"Azərbaycanın Milli bayramı - 28 May - Respublika Günü münasibətilə Estoniya xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - Hendrik İlves qeyd edib.

"Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə xoşbəxtlik və cansağlığı arzulayır, səmimi təbriklərimi böyük məmnuniyyətlə çatdırıram. Mən, həmçinin Sizin müdrik rəhbərliyiniz altında xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, xalqlarımızın islami qardaşlıq, ölkələrimiz arasında mövcud olan məhsuldar əməkdaşlıq və fəal həmrəylik əlaqələrini yüksək qiymətləndirdiyimi demək istərdim. Mən bizim əlaqələrin möhkəmləndirilməsi və xalqlarımızın istəklərinin yerinə yetirilməsi üçün Zati-alilərinizlə işləməyi davam etdirməyi çox arzu edərdim. Beləliklə, biz iki millət arasında ortaq maraqları paylaşaraq və müsəlman ümmətin ədalətli işlərinə və uca məqsədlərə nail olmasına xidmət edəcəyik", - Mərakeş Kralı IV Mohammedin təbrik məktubunda deyilir.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Şimali Kipr Türk Respublikasının xalqı adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına sülh, əmin-amanıq və tərəqqi arzulayıram", - Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Əroğlu təbrikində deyib.

"İcazə verin, Sizi və xalqınızı Azərbaycanın milli bayramı - Respublikası Günü münasibətilə ürəkdən təbrik edim. Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri hər iki xalqlarımızın istəklərinə uyğun olaraq möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizə ölkənizin inkişafı və firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram", - Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Namın təbrik mətubunda deyilir.

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Fələstin Milli Administrasiyasının prezidenti Mahmud Abbas da Prezident İlham Əliyevi təbrik edib.

"Qardaş Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin xalqı adından və şəxsən öz adımdan Sizə, dəyərli hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. İşğala son qoyulması və paytaxtı Şərqi Yerusəlim olmaqla müstəqil Fələstin dövlətinin yaradılması məsələsində xalqımızın haqq işində və mübarizəsində dostcasına nümayiş etdirdiyiniz qətiyyətli dəstəyi, həmrəylik mövqeyini yüksək qiymətləndiririk. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza və ölkənizə davamlı tərəqqi və rifah arzulayıram", - Mahmud Abbas qeyd edib.

"Ölkənizin milli bayramı münasibətilə Zati-alilərinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm", - Səudiyyə Ərəbistanı Krallığı Baş nazirinin müavini, daxili işlər naziri Vəliəhd Nayif bin Əbdüləziz Al Səudun təbrikində bildirilir.

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, əmin-amanlıq və qardaş Azərbaycan xalqına davamlı inkişaf və rifah arzu edirəm", - Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Həməd bin Casim bin Cabir Al Taninin məktubunda deyilir.

Qətər Dövlətinin vəliəhdi Təmim bin Həməd Al Tanidən də təbrik məktubu daxil olub: "Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram. Şəxsi həyatınızda, eləcə də qardaş Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə həyata keçirdiyiniz işlərdə Sizə uğurlar arzulayıram".

"Sizi Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan sizin atanız Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb və şanlı inkişaf yolu keçmişdir. Bu gün Sizin öz dövlətinizin mənafelərinə şəxsi sadiqliyiniz, fəal həyat mövqeyiniz öz xalqına sədaqətlə xidmət etməyin parlaq nümunəsidir.

Siz özünüzün bütün qüvvə, təcrübə və biliyinizi Azərbaycan Respublikasının rifahı naminə sərf edir, planları bacarıqla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü işiniz respublikanın sosial-iqtisadi inkişafına, onun sakinlərinin həyat səviyyəsinin və rifahının yüksəldilməsinə çox kömək edir. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, səadət, firavanlıq, ölkənizin rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram", - İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov təbrikində qeyd edib.

Dağıstan Respublikası Xalq Məclisinin sədri Maqomed-Sultan Maqomedov da Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Dağıstan Respublikasının Xalq Məclisi adından və şəxsən öz adımdan təbrik edirəm.

Son illərdə Azərbaycan sosial-iqtisadi inkişafda və siyasi sabitliyin qorunub saxlanmasında böyük uğurlar qazanmışdır. Əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Dağıstanlılar Sizin yaxın qonşularınız olaraq, Rusiya ilə Azərbaycan arasında tarixən yaranmış mehriban qonşuluq münasibətlərinə, xalqlarımız arasında qardaşcasına dostluğun möhkəmlənməsinə və inkişafına verdiyiniz töhfəni xüsusi qiymətləndirirlər. Sizə möhkəm cansağlığı və səadət, ölkənizin çoxmillətli xalqına sülh və firavanlıq arzulayıram", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti