Azərbaycan, Bakı, 4 iyul /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı Məhəmmədbağır Bəhramiyə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirdi.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyev İranın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib