İlham Əliyev "Cəlilabad Broyler" ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olub (FOTO)

İlham Əliyev "Cəlilabad Broyler" ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilmiş "Cəlilabad Broyler" ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olmuşdur.

Dövlətimizin başçısı respublika üzrə quşçuluq təsərrüfatları barədə məlumatları, müəssisənin planını, yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini, eləcə də 1976-cı ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə quşçuluq fabrikinin açılışını əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxdı, hazır məhsulların nümunələri ilə tanış oldu.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, müəssisənin yenidən qurulması işlərinə 2010-cu ilin dekabrında başlanmış, bu ilin iyulunda başa çatdırılmışdır. Cəlilabad şəhərində 45 hektar ərazidə köhnə tikililərdən ibarət quşçuluq fabrikinin yenidən qurulması Azərbaycanda yerli istehsala artan tələbatın ödənilməsinə töhfə verəcəkdir. Fabrikin yenidən qurulmasına beş milyon manat vəsait sərf olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yenidənqurma işlərinə iki milyon manat güzəştli kredit verilmişdir.

Azərbaycan Prezidenti "Cəlilabad Broyler" ASC-nin yeni inşa olunan yem istehsalat sahəsini işə saldı və yem zavodunun istehsal prosesini əks etdirən filmi izlədi.

Dövlətimizin başçısına məlumat verildi ki, müasir avadanlıqla təchiz edilən bu istehsal sahəsi saatda 10 ton quş yemi hazırlamaq gücünə malikdir. Quşçuluq təsərrüfatları üçün burada qırma və pelet yemləri hazırlanacaqdır. Yem zavodu tam avtomatlaşdırılmışdır. Müəssisədə ümumi tutumu 500 kubmetr xammal, 5 min litr vitamin və minerallar olan 18 yem anbarı vardır. Müəssisədə 220 nəfər işlə təmin olunmuşdur.

Bildirildi ki, bir çox yeni sənaye müəssisələri kimi, Cəlilabad quşçuluq fabrikinin fəaliyyətə başlaması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Fabrikin inşasına 1967-ci ildə başlanılsa da 1968-ci ildə tikinti işləri dayandırılmışdır. Lakin 1969-cu ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra müəssisənin tikintisi sürətləndirilmişdir. Ulu öndər 1972-ci ildə quşçuluq fabrikində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Nəhayət, 1976-cı ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə Cəlilabad quşçuluq fabrikinin açılışı olmuşdur.

Məlumat verildi ki, Dövlət Proqramına uyğun olaraq yenidən qurulan müəssisənin illik istehsal gücü 6 min ton quş əti məhsullarıdır. Bu müəssisənin fəaliyyətə başlaması respublikamızda quş əti məhsullarının istehsalının artırılmasına, idxalı əvəz edən məhsul hazırlanmasına şərait yaradacaq, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcəkdir. Müəssisədə hər birinin sahəsi 1512 kvadratmetr olan 34 quş fermasından 28-də yenidənqurma işləri aparılmışdır. Müəssisə, əsasən, Türkiyə texnologiyaları əsasında qurulmuşdur. Quş fermaları Türkiyənin "TAVSAN", İranın "Pars" şirkətlərinin yemləmə, havalandırma avadanlığı ilə təchiz edilmişdir. Həmçinin müəssisədə kəsim sexi yerli "ASENA" şirkəti tərəfindən Türkiyə texnologiyası əsasında qurulmuşdur. Sexdə saatda 2,5 min quşun kəsimi həyata keçirilir. Yeni inşa olunan sex isə hər birinin tutumu 177 min yumurta olan iki inkubator avadanlığı ilə təchiz edilmişdir. İnkubator sexində istehsal olunan bir günlük cücələr müəssisənin daxili tələbatının ödənilməsi üçün nəzərdə tutulmuşdur. Müəssisədə yem sexi, soyuducu və şoklama kameraları da inşa edilmişdir.

Dövlətimizin başçısı respublikada mövcud və tikilməkdə olan quşçuluq təsərrüfatlarını əks etdirən stendlə də tanış oldu.

Bildirildi ki, respublikada 43 quşçuluq təsərrüfatı vardır. Bu təsərrüfatların ümumi istehsal gücü 65,2 min ton quş əti və 324,3 milyon yumurta təşkil edir. Dövlətin güzəştli krediti hesabına tikilmiş və tikilən 30 quşçuluq təsərrüfatına 55 milyon manat vəsait ayrılmışdır. Bunlardan 10-u istifadəyə verilmiş, digər 20-sinin cari ildə açılması planlaşdırılır. Aparılan araşdırmalara əsasən, respublikada əlavə olaraq, sənaye üsulu ilə 11,2 min ton quş əti istehsal edəcək təsərrüfatların yaradılması təklif olunur.

Müəssisədə yaradılmış şəraitdən razılığını bildirən Azərbaycan Prezidenti kollektivə uğurlar arzuladı.

Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya
Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya
İndiyə qədər verilən subsidiyaların həcmi açıqlanıb
İndiyə qədər verilən subsidiyaların həcmi açıqlanıb
Sahibkarlara maliyyə dəstəyi göstəriləcək: Gələn həftədən sənəd qəbulu başlanılır
Sahibkarlara maliyyə dəstəyi göstəriləcək: Gələn həftədən sənəd qəbulu başlanılır
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Ermənistanda anti-Rusiya isterikası davam edir
Nazirlər Kabineti maaş və pensiyaların artılıması ilə bağlı sərəncamın icrasına başlayıb
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)
İranda daha 181 nəfər koronavirusdan öldü
Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM
Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini
30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verdi
Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
Rusiyada koronavirusdan ölənlərin gündəlik sayı mini keçib
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var
Zığda 20 ton zeytun yığılıb
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb
Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev
Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir (VİDEO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Sabirabadda 4 otaqlı ev yanıb
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Qazaxıstanda koronavirusa daha 1 900 nəfər yoluxub
Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb (FOTO)
Yaponiyanın yeni baş naziri ABŞ-a səfər etmək istədiyini bildirib
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Meksika Konqresi Azərbaycan xalqını təbrik edib (FOTO)
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Türkiyə Suriyadakı terrorçulara qarşı bütün lazımi addımları atacaq - Ərdoğan
Türkiyədə son sutkada koronavirusdan 25 513 nəfər sağalıb
Bütün xəbərlər