Avropalı parlamentarilar Ramil Səfərovla bağlı Ermənistanın nümayiş etdirdiyi mövqeyə etiraz edirlər

Avropalı parlamentarilar Ramil Səfərovla bağlı Ermənistanın nümayiş etdirdiyi mövqeyə etiraz edirlər

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Almaniya Bundestaqının və Böyük Britaniya Lordlar Palatasının üzvləri rəsmi İrəvanın bu məsələ ilə bağlı tutduğu mövqeyi kəskin pisləyiblər.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Almaniya Bundestaqının deputatı, Xristian Demokrat Partiyasının üzvü Olav Gutting Ramil Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistanın mövqeyinə etirazını bildirib. O. Gutting hesab edir ki, ekstradisiyanın Avropa hüquq müstəvisində qanuniliyinə heç bir şübhə yoxdur: "Odur ki, Ermənistan hökumətini, eləcə də erməni diasporunu tərəfdaşımız olan Macarıstana qarşı tənqid tonunu azaltmağa səsləyirik. Ermənistan tərəfinin Macarıstanın, beynəlxalq hüququ pozmasına dair iddialarının, sadəcə yanlış və səbatsız olduğu sübut oluna bilər.

Macarıstan səfirlikləri qarşısında nümayişlərə çağırış növbəti iğtişaşlara təhrik edəcək ki, bu da nə etibarın artırılmasına, nə də Ramil Səfərovun Azərbaycana ekstradisiyasının obyektiv qiymətləndirilməsinə nail olmaq üçün əlverişli yoldur.

1992-ci ilin fevralında yüzlərlə azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalıda törədilən qırğından əvvəl azərbaycanlıların ermənilərin dinc əhaliyə ziyan vurmağa qadir olduğuna inanmadığını deyən hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın səsləndirdiyi bu kimi bəyanatlar Cənubi Qafqazda sülhə nail olmağa əngəl törədir. Odu daha da alovlandırmaq əvəzinə, Ermənistan bu ekstradisiyanın qanuniliyini tanımalı və danışıqlar masasına yenidən qayıtmalıdır".

Almaniya Bundestaqının digər üzvü, hakim Xristian Demokrat İttifaqı / Xristian-Sosial İttifaqı parlament fraksiyasının Xarici siyasət komitəsinin sözçüsü Filipp Misfelder (Philipp Missfelder) də Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar məsələlərə münasibətini açıqlayıb.

Filip Misfelder bildirib ki, Avropa Birliyinin (AB) üzvü kimi Macarıstan Respublikası Avropa Birliyinin hüquqi dövlət prinsiplərinə bağlıdır, ona görə də Budapeştin Ramil Səfərovun Azərbaycana ekstradisiya etməsinin qanunauyğunluğuna heç bir şübhə yoxdur: "Bu səbəbdən Ermənistanın Macarıstanla diplomatik əlaqələrini dayandırması tamamilə yersiz addımdır. Ermənistan hökumətinin "bizim yaxın tərəfdaşımız olan Macarıstanın Ramil Səfərovu Azərbaycana ekstradisiya etməsi Azərbaycanla Ermənistan arasında sülh prosesini təhlükə altına alır" iradı Macarıstanda mövcud olan Avropa ədliyyə və hüquq standartlarına uyğun gəlmir. Macarıstanla diplomatik əlaqələri kəsmək Ermənistan hökumətinin ölkəni Avropa Birliyinə daha da yaxınlaşdırmaq məqsədlərini təhlükə altına alır".

Filipp Misfelder hesab edir ki, əslində, beynəlxalq hüquqla tanınmayan "Dağlıq Qarabağ Respublikası"nda 19 iyul 2012-ci ildə keçirilən qondarma "prezident seçkiləri" beynəlxalq birliyin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və normal qonşuluq münasibətlərinin yaradılması istiqamətində səylərinə ağır zərbə vurub: ""Prezident seçkiləri"nin birtərəfli nəticəsi Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli imkanlarını yenidən çətinləşdirib".

Böyük Britaniya Lordlar Palatasının üzvləri də Ermənistanın bu məsələ ilə bağlı mövqeyini kəskin tənqid ediblər. Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Ken Maginnis Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hökümətinin aqresiv mövqeyinə münasibət bildirib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Ken Maginnis qeyd edib ki, həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq lazımdır: "Ermənistan ordusunun zabitini qətlə yetirdiyi üçün həbs olunan və cəzasının 8 ilini çəkən Ramil Səfərovun bu yaxınlarda azadlığa buraxılması Ermənistanda və erməni diasporunda böyük incikliyə səbəb oldu. Bu həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq lazımdır. Lakin, əlbəttə ki, ermənilər də qəbul etməlidir ki, bir zamanlar azərbaycanlılar və türklər də qətlə və terrorizmə görə məhkum olunmuş ermənilərin azadlığa buraxılması və ondan sonra əfv edilməsindən hiddətlənib. Paris hava limanında Türk Hava yollarına məxsus şöbəyə hücum kimi hadisələr türkiyəli və avropalı dinc vətəndaşların qətli ilə nəticələndi. Lakin, buna baxmayaraq, nə beynəlxalq ictimaiyyət, nə də Qərb mətbuatı məhkum olunmuş o terroristlərin azad edilməsini pisləyərək, gərginliyi artırmaq üçün fürsət axtardı".

Ken Maginnis ermənilər türk və azərbaycanlı diplomatların həyatını təhdid etməkdə davam etdiyini deyib: "Təmas xətti boyunca gərginlik həddən çox artıb. Mən hər iki tərəfi danışıq tonunu aşağı salmağa və qarşıdurmadan çəkinməyə çağırıram".

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Laird da eyni fikri bölüşür. O qeyd edib ki, erməni zabitini öldürdüyü üçün cəza çəkən Ramil Səfərovun səkkiz ildən sonra azadlığa buraxılması Ermənistanda çox kəskin qarşılanıb: "Lakin Ermənistanın reaksiyasının getdikcə əndazəsini aşma təhlükəsi var. Səfərovun azad olmasına cavab olaraq, onlar Dağlıq Qarabağ müharibəsinin yenidən alovlandırılması, Macarıstan ilə diplomatik münasibətlərin pozulması və Avropada yaşayan azərbaycanlıların öldürülməsi ilə hədələyir. Adəti üzrə, Səfərovun doğulduğu Cəbrayıl rayonunun son 20 ildə erməni işğalı altında olması heç bir yerdə qeyd olunmur. Bütün regionda sülh Ermənistanın geri addım ataraq, yenidən özünü təmkinli aparmasından asılıdır."

Lordlar Palatasının digər üzvü, Lord Kilkluni də məsələyə münasibət bildirib: "Erməni ordusunun zabitini qətlə yetirmiş Ramil Səfərov Macarıstandan Azərbaycana təhvil verildi və azadlığa buraxıldı. Erməniləri qıcıqlandırmış bu məsələyə o prizmadan baxmaq olar ki, ermənilər özləri illərlə xaricdə terror hücumları və qətllər törətmiş bir neçə vətəndaşının azad olunmasını təmin ediblər. Ermənistan prezidenti Serj Sarkisyan sakitliyə çağırmaqdansa, müharibə ilə hədələyir. "Dondurulmuş" münaqişələrin tez bir zamanda necə alovlandığını görmüşük. Dağlıq Qarabağın işğalı zamanı müharibəni dadan Ermənistan prezidenti dərk etməlidir ki, yenidən açıq düşmənçiliyə qayıtmaq tərəflərin hər biri üçün dəhşətli ola bilər".

Lord Kilkluni Belfast Sazişinin vasitəçisi kimi sülh prosesində əsl neytral iştirakçıların olmasının nə qədər mühüm olduğunu yaxşı bildiyini deyib: "Minsk Qrupunun bu həftəki bəyanatları göstərdi ki, onlar bu qəbildən deyil. Bu isə, gələcək üçün yaxşı ümidlər vermir".

Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Loading Bars
Xəbər lenti
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Oktyabrın 21-nə USD/AZN rəsmi məzənnəsi
Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DSX-nin Zəngilandakı hərbi hissəsində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar (FOTO/VİDEO)
Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir (FOTO)
Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib
Bakı-Sumqayıt istiqamətində qatarların sayı artırılır (FOTO)
Həbsdə olan jurnalistin cinayət işi məhkəməyə göndərildi
Bakıdakı bal yarmarkası noyabrın 7-dək davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
İran yerli şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Digər respirator xəstəliklər ötən illərlə müqayisədə azalıb - Təyyar Eyvazov
2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı
Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist
Yoluxmalara görə məktəblər bağlana bilərmi? - İnfeksionist açıqladı
Şirvan sakini "patı" ilə yaxalandı
Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA
Koronavirusun simptomları dəyişib - İnfeksionist
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Nazir
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
İranda daha 162 nəfər koronavirusdan ölüb
Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi (FOTO)
Gedik Holdinq Azərbaycanda (FOTO)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Zəngəzurun giriş qapısı Zəngilan (FOTO)
Daha bir universitetdə bir neçə qrup distant təhsilə keçib
Qusar xəstəxanasının direktoru rüşvət alarkən cinayət başında yaxalanıb
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?
Bakıda gəlnini qətlə yetirən qayınataya 18 il həbs cəzası verildi
Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Pandemiya arıçılara mənfi təsir edib - Nazirlik rəsmisi
Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri
Cənubi Koreya sahillərində Çinə məxsus qayıq batıb
Yol polisi Bakıda səkiləri zəbt edən sürücülərə qarşı tədbirlərə başladı (FOTO/VİDEO)
Azərbaycan Xorvatiyadan minaların təmizlənməsi üçün avadanlıqlar alır - Ceyhun Bayramov
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (Turkic.World) layihəsinə qoşuldu (FOTO)
Azərbaycanla Xorvatiya arasında 7 sənədin razılaşdırılması üzərində iş aparılır
Çıraq platformasında hasilat bərpa edilib
Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması müzakirə edilib
Azərbaycanla Xorvatiya arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsi razılaşdırılıb - Ceyhun Bayramov
Vətən müharibəsində ƏƏSMN-in 101 əməkdaşı iştirak edib (VİDEO)
Bütün xəbərlər