...

İvanişvili: Gürcüstanın indiki hökumətinin nazirləri yeni Nazirlər Kabinetində olmayacaqlar

Siyasət Materials 2 Oktyabr 2012 19:35 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin indiki komandasının heç bir naziri, o cümlədən Baş nazir İvan Merabişvili yeni hökumətin üzvü ola bilməz.
İvanişvili: Gürcüstanın indiki hökumətinin nazirləri yeni Nazirlər Kabinetində olmayacaqlar

Gürcüstan, Tbilisi, 2 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin indiki komandasının heç bir naziri, o cümlədən Baş nazir İvan Merabişvili yeni hökumətin üzvü ola bilməz. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Tbilisidə brifinq zamanı Gürcüstanda parlament seçkilərində qalib gələn müxalif "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili deyib.

O qeyd edib ki, təkcə nazirlər deyil, həmçinin onların müavinləri də vəzifələrində qalmayacaqlar.

"Bu, birmənalıdır", - İvanişvili vurğulayıb.

O, Mixail Saakaşvilinin yarım ildən sonra parlamenti buraxmağa cəhd edəcəyini istisna etməyib.

"Mən hələ bu barədə düşünməmişəm, hərçənd Saakaşvilinin bunu edib-etməyəcəyi bizim üçün maraqlıdır. Fikrimcə, onun belə manevr üçün imkanı olmayacaq", - o deyib.

Bununla belə, İvanişvili Gürcüstan Prezidentinə istefaya getməyi və növbədənkənar prezident seçkilərini elan etməyi məsləhət görüb.

"Biz əlbəttə ki, impiçment proseduruna başlaya və digər yollar tapa bilərik, lakin onun istefaya gedəcəyini gözləyirəm", - o bildirib.

İvanişvili qeyd edib ki, əgər Saakaşvili vəzifəsindən imtina etməsə, koalisiya vəziyyətdən çıxış yolunu tapacaq və ən yaxşısı özünün istefaya getməsidir.

"Əks təqdirdə, konstitusiya böhranı baş verə bilər, çünki yeni konstitusiya ikihakimiyyətliliyi nəzərdə tutur və hazırda vəziyyət çox mürəkkəbdir", - o vurğulayıb.

Koalisiya rəhbəri bildirib ki, Saakaşvilinin istefası və növbədənkənar seçkilərin elan edilməsi vəziyyətdən çıxış yolu olacaq.

"Mən Saakaşvilinin məğlub olduğunu etiraf etməsini və müxalifətə keçməsini gözləmirdim, lakin o belə bəyanat veribsə, istefası daha gözləniləndir", - İvanaşvili deyib.

Xəbər lenti

Xəbər lenti