...

Azərbaycan Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət Materials 19 Oktyabr 2012 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 okyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda MSK-nın 3 oktyabr 2012-ci il tarixli iclas protokolu təsdiq edilib.

Bundan əlavə, Azərbaycan Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişiklik və əlavələr edilib.

İclas zamanı, həmçinin, 21 saylı Nəsimi birinci seçki dairəsinin dairə seçki komissiyasının tərkibinə dəyişiklik edilib.

Daha sonra iclasda cari məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti