...

VİP müxalifətin yeni siyasi blok yaratmasını dəstəkləyir

Siyasət Materials 26 Noyabr 2012 14:16 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının bu gün keçirilən iclasında Ədalət və Yaşıllar partiyaları ilə birgə siyasi blokun yaradılması dəstəklənib.
VİP müxalifətin yeni siyasi blok yaratmasını dəstəkləyir

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Mehdiyev/

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının bu gün keçirilən iclasında Ədalət və Yaşıllar partiyaları ilə birgə siyasi blokun yaradılması dəstəklənib.

VİP-dən Trend-ə verilən məlumata görə, partiya sədri Əli Əliyev siyasi blokun yaradılması istiqamətində Ədalət və Yaşıllar partiyaları ilə aparılan danışıqlar haqqında məlumat verərək, nəzərdə tutulan blokun birgə hazırlanmış Əsasnaməsini Siyasi Şuranın müzakirəsinə təqdim edib.

Bu məsələ ətrafında fikirlərini bildirən Siyasi Şura üzvləri üçtərəfli danışıqların müsbət nəticələnməsini təqdir edərək, sözügedən sənədin əsasən, qəbul olunmasına səs veriblər.

İclasda, həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın fəaliyyətinə dair cari məsələlər müzakirə olunub.

İclasın sonunda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti