...

BAXCP-də yeni təyinatlar

Siyasət Materials 7 Yanvar 2013 15:31 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev yeni struktur vahidlərinin yaradılması və təyinatlarla bağlı bir neçə əmr imzalayıb.
BAXCP-də yeni təyinatlar

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev yeni struktur vahidlərinin yaradılması və təyinatlarla bağlı bir neçə əmr imzalayıb.

Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, BAXCP sədrinin əmrinə əsasən, partiyada Dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katiblik yaradılıb və Yaşar Kələntərli təşkilati işlər üzrə katib vəzifəsindən azad edilərək BAXCP-nin Dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi vəzifəsinə təyin olunub. Partiyanın təşkilati işlər üzrə katibi vəzifəsinə isə Bünyamin Qəmbərli təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti