...

Azərbaycan Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsini təsdiq etdi

Siyasət Materials 18 Yanvar 2013 17:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında” protokolu təsdiq edib.
Azərbaycan Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsini təsdiq etdi

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında" protokolu təsdiq edib.

Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" sazişi təsdiq edib.

Saziş 2012-ci il iyunun 30-da Bakı şəhərində imzalanıb.

Bundan başqa, 2012-ci il avqustun 23-də Bişkek şəhərində imzalanmış Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti