...

Azərbaycanda İstanbul Prosesinin yüksək vəzifəli şəxslərinin iclası keçiriləcək

Siyasət Materials 25 Yanvar 2013 12:16 (UTC +04:00)
Azərbaycan fevralın 6-da keçiriləcək İstanbul Prosesinin yüksək vəzifəli şəxslərinin iclasına ev sahibliyi edəcək.
Azərbaycanda İstanbul Prosesinin yüksək vəzifəli şəxslərinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan fevralın 6-da keçiriləcək İstanbul Prosesinin yüksək vəzifəli şəxslərinin iclasına ev sahibliyi edəcək.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bununla bağlı Bakı şəhərində yanvarın 25-də İstanbul Prosesi çərçivəsində narkotiklərlə mübarizə üzrə etimadqurucu tədbirin işçi görüşü keçirilib.

Görüşün əsas məqsədi qeyd olunan etimadqurucu tədbir çərçivəsində fəaliyyət planının müzakirəsindən ibarətdir. Tədbirdə İstanbul Prosesinin iştirakçısı və dəstəkçisi olan 24 dövlət və beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir.

"Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul Prosesi" Əfqanıstanın birbaşa və regional qonşularından ibarət olan və şərti olaraq "Asiyanın qəlbi" adlanan bölgədə yerləşən 15 dövlətin təşkil etdiyi siyasi prosesdir. Aralarında ABŞ, Böyük Britaniya, Yaponiya, BMT, NATO, ATƏT-in də təmsil olunduğu bir çox ölkə və beynəlxalq təşkilat sözügedən prosesdə dəstəkçi qismində çıxış edir.

İstanbul Prosesinin əsas məqsədi Əfqanıstanda sülhün, sabitliyin və inkişafın təmin edilməsində regional ölçüdən yararlanmaqdan ibarətdir. Azərbaycan bölgədə əməkdaşlığın inkişaf etdirilməsi, sabitliyin və inkişafın təmin edilməsində vacib rola malik ölkə kimi İstanbul Prosesinin tam hüquqlu üzvüdür və ən fəal iştirakçılarından biridir.

Ölkəmiz Əfqanıstanda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək məqsədilə İstanbul çərçivəsində həyata keçirilməkdə olan etimadqurucu tədbirlərin icra edilməsində yaxından iştirak etməklə yanaşı, narkotiklərlə mübarizə və regional infrastruktur adlı iki etimad qurucu tədbirin həmsədri funksiyalarını da həyata keçirməkdədir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti