...

Rusiya XİN rəhbəri və ABŞ-ın dövlət katibi Suriya məsələsini müzakirə ediblər

Siyasət Materials 17 Fevral 2013 21:09 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerrinin Bazar günü baş tutmuş telefon danışığında Suriya probleminin nizamlanması əsas müzakirə mövzusu olub.
Rusiya XİN rəhbəri və ABŞ-ın dövlət katibi Suriya məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerrinin bazar günü baş tutmuş telefon danışığında Suriya probleminin nizamlanması əsas müzakirə mövzusu olub. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda bildirilir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin informasiya və mətbuat departamenti xəbər yayıb.

"Nazirlə dövlət katibinin söhbətində tərəflərin güc tətbiqini dayandırması, hakimiyyətlə müxalifətin dialoqa başlaması kontekstində Suriya probleminin nizamlanması ətrafında fikir mübadiləsi aparılıb" - deyə Rusiya XİN-in məlumatında deyilir.

Bundan başqa, Rusiya tərəfinin təşəbbüsü ilə bir müddət öncə KXDR tərəfindən keçirilmiş nüvə sınağı baxımından şimal-şərqi Asiyadakı vəziyyət müzakirə olunub.

"Hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri hər zaman bu və ya digər beynəlxalq məsələlər, həmçinin, ikitərəfli münasibətlər üzrə əlaqə saxlamaq və yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər" - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti