Azərbaycan, Bakı, 22 fevral /Trend/
Rusiya və Kuba arasında keçmiş SSRİ kreditləri üzrə yaranmış borcların tənzimlənməsi haqqında saziş imzalanıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, sənədi Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov və Kuba nazirlər şurasının sədr müavini Rikardo Kabrisas imzalayıb.
Tərəflər, həmçinin, müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlər də imzalayıblar.
Sənədlərin imzalanması mərasimi Rusiyanın baş naziri Dmitriy Medvedev və kubalı lider Raul Kastronun iştirakı ilə baş tutub.
Qeyd edək ki, Rusiyanın baş naziri Dmitriy Medvedev Braziliyaya etdiyi ikigünlük səfərdən sonra Kubaya gəlib.