...

Sloveniya parlamenti hökuməti istefaya göndərməyi planlaşdırır

Siyasət Materials 27 Fevral 2013 04:47 (UTC +04:00)
Sloveniya parlamenti haqqında korrupsiya ehtimalları olan Yanez Yanşinin rəhbərlik etdiyi hökuməti istefaya göndərməyi və müxalifətin irəli sürdüyü Alenki Bratuşeki yeni baş nazir təyin etməyi planlaşdırır.
Sloveniya parlamenti hökuməti istefaya göndərməyi planlaşdırır

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Sloveniya parlamenti haqqında korrupsiya ehtimalları olan Yanez Yanşinin rəhbərlik etdiyi hökuməti istefaya göndərməyi və müxalifətin irəli sürdüyü Alenki Bratuşeki yeni baş nazir təyin etməyi planlaşdırır. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərdə bildirilir ki, Sloveniyada hökumət böhranı korrupsiyaya qarşı mübarizə komissiyasının Yanşinin antikorrupsiya qanunvericiliyini pozması barədə məruzə hazırlamasından sonra başlayıb. Bundan sonra isə Sloveniya Demokratik Partiyasının lideri istefaya gedib.

Məlumatda deyilir ki, son həftə ərzində isə daha üç partiya hökumət koalisiyasını tərk edib.

Alenki Bratuşekin namizədliyini isə "Pozitiv Sloveniya" müxalifət partiyası irəli sürüb.

Qeyd edək ki, Sloveniyada siyasi vəziyyət hələ ötən ilin payızından gərginləşməyə başlayıb. Həmin vaxt ölkədə bütün siyasi elitanın istefasını tələb edən aksiyalar keçirilirdi.

Keçirilmiş sosioloji sorğunun nəticələrinə görə isə, 84 faiz sloveniyalı nazirlər kabinetinin fəaliyyətini mənfi dəyərləndirir. Yalnız əhalinin 13 faizi hökumətin işlərini müsbət qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti