...

Suriya böhranının siyasi nizamlanması ölkədə sabitliyi və təhlükəsizliyi təmin edə bilər

Siyasət Materials 10 Mart 2013 05:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Suriyadakı vəziyyət dramatikdir və hər gün pisləşir. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu BMT-nin və ƏDL-in Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi deyib.

Onun sözlərinə görə, Suriya böhranının siyasi nizamlanması ölkədə sabitliyi və təhlükəsizliyi təmin edə bilər.

"Suriya xalqı dəyişikliklər və yeni demokratik Suriyaya keçidi tələb edir" - deyə Brahimi əlavə edib.

Brahimi bildirib ki, BMT və ƏDL bütün gücü ilə Suriya böhranının siyasi yolla tənzimlənməsinə çalışır.

Xəbər lenti

Xəbər lenti