...

İran Dəməşqdə ona məxsus təyyarənin yandırılması barədə yayılan məlumatları təkzib edib

Siyasət Materials 29 Mart 2013 09:55 (UTC +04:00)
Ötən gün bəzi Ərəb KİV-lərində İrana məxsus təyyarənin Dəməşq hava limanında yandırılması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.
İran Dəməşqdə ona məxsus təyyarənin yandırılması barədə yayılan məlumatları təkzib edib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

Ötən gün bəzi ərəb KİV-də İrana məxsus təyyarənin Dəməşq hava limanında yandırılması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Trend-in məlumatına görə, bu barədə "Afkar News" agentliyi İranın Suriyadakı səfirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu məlumatın həqiqətə uyğun olmaması Suriya rəsmiləri tərəfindən təsdiqlənib.

Bundan başqa, Tehranda yerləşən İmam Xomeyni adına hava limanından bildiriblər ki, son 2 gün ərzində İrandan Suriyaya heç bir aviareys həyata keçirilməyib.

Xatırladaq ki, ötən gün "Əl-Ərəbiyyə" telekanalı hökümət qüvvələri və silahl müxalifət arasında qızğın döyüşlərin getdiyi Suriyanın paytaxtı Dəməşqdə İrana məxsus yük təyyarəsinin yandırılması barədə xəbər yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti