...

Azərbaycanda suriyalı qaçqınlara yardım kampaniyasına start verildi

Siyasət Materials 3 Aprel 2013 15:32 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasına uyğun olaraq "Suriya qaçqınlarına yardımınızı əsirgəməyin" şüarı ilə məlum münaqişədən zərərçəkmiş insanlara yardım kampaniyasına start verib.
Azərbaycanda suriyalı qaçqınlara yardım kampaniyasına start verildi

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasına uyğun olaraq "Suriya qaçqınlarına yardımınızı əsirgəməyin" şüarı ilə məlum münaqişədən zərərçəkmiş insanlara yardım kampaniyasına start verib.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, yardım Türkiyə sərhədində çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulub. Maddi yardımlar köçürmə yolu ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bank hesablarına və Cəmiyyətin rəsmi internet səhifəsindəki "Onlayn ianə" linkinə daxil olaraq birbaşa bank kartlarından köçürülə bilər. Kampaniya barədə Cəmiyyətin rəsmi saytında xüsusi yer ayrılıb və ianə etmiş hər bir təşkilat və vətəndaşın adı və məbləğ xüsusi hazırlanmış cədvəldə qeyd olunur (www.redcrescent.az).

Qeyd edək ki, dünya təcrübəsinə əsaslanaraq, xüsusilə, beynəlxalq hərəkatın missiyasına uyğun olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti belə kampaniyalar keçirib. Misal üçün, Türkiyənin Van vilayətində və İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdən, Somalidəki səfalətdən əziyyət çəkənlərə maddi yardım məqsədilə belə uğurlu kampaniyalar keçirilib. Yerli hökumət və qeyri-hökumət strukturları, ayrı-ayrı şəxslər, iş adamları, müxtəlif şirkətlər və millət vəkilləri bu kampaniyalarda fəal iştirak ediblər.

Əvvəlcə bu kampaniyaya ənənəvi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov qoşulub.

Ödəniş üçün bank rekvizitləri:

AZN

Benefislər (alan) bank:

Azərbaycan Beynəlxalq Bankı /Sahil filialı

Kodu: 805595

VÖEN: 9900001881

M/h. AZ03NABZ01350100000000002944

S.W.I.F.T. kodu: IBAZAZ2X

Alan müştərinin adı:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Hesab № (IBAN):

AZ96IBAZ38090019449748533210

VÖEN: 1700011681

ABŞ dolları

Benefislər (alan) bank:

Azərbaycan Beynəlxalq Bankı /Sahil filialı

Kodu: 805595

VÖEN: 9900001881

M/h. AZ03NABZ01350100000000002944

S.W.I.F.T. kodu: IBAZAZ2X

Alan müştərinin adı:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Hesab № (IBAN):

AZ86IBAZ38190018409748533210

VÖEN: 1700011681

Onlayn ianə - http://www.redcrescent.az/donation/indexaz.php

Məqalədə:
Xəbər lenti

Xəbər lenti