...

İsa Qəmbərin adından Türkiyə Baş nazirinin saxta "Facebook" səhifəsində açıqlama verildiyi müəyyənləşib

Siyasət Materials 4 Aprel 2013 18:08 (UTC +04:00)
Müsavat Partiyasının sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğanın "Facebook" sosial şəbəkəsində açıqlama verilmədiyi müəyyənləşib.
İsa Qəmbərin adından Türkiyə Baş nazirinin saxta "Facebook" səhifəsində açıqlama verildiyi müəyyənləşib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyasının sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğanın "Facebook" sosial şəbəkəsində açıqlama verilmədiyi müəyyənləşib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə bildiriblər ki, bəzi KİV-lər Türkiyənin Baş naziri Ərdoğanın şəxsi səhifəsi kimi təqdim olunmuş "Facebook" internet ünvanında Müsavat Partiyasının sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı açıqlamalara yer verildiyi barədə məlumat yayılıb.

Səfirlik Türkiyə Baş nazirinin Aparatı və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq məsələnin əsl mahiyyətini aydınlaşdırıb.

"Müsavat Partiyasının sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı açıqlamaların yer aldığı "Facebook" səhifəsinin isə tamamilə saxta bir ad altında fəaliyyət göstərdiyi məlum olub. Əlavə olaraq, Türkiyə Baş nazirinın Aparatından səfirliyə Baş nazir Ərdoğanın özünün də çox sayda "Recep Tayyip Erdoğan" adında saxta "Facebook" səhifələrindən narahat olduğu və bunların tədqiq olunaraq cəzalandırılmasına dair göstəriş verdiyi bildirilib", - səfirliyin məlumatında qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti