...

VİP sədri: Rüstəm İbrahimbəyov Rusiyanın təsiri altındadır

Siyasət Materials 26 Aprel 2013 10:43 (UTC +04:00)
Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri hesab edir ki, bəzi müxalifət liderlərini, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbər və Milli Şuranın müəllifi Rüstəm İbrahimbəyov Rusiyanın təsiri altındadır.
VİP sədri: Rüstəm İbrahimbəyov Rusiyanın təsiri altındadır

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri hesab edir ki, bəzi müxalifət liderlərini, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbər və Milli Şuranın müəllifi Rüstəm İbrahimbəyov Rusiyanın təsiri altındadır.

"Rusiyanın Avrasiya İttifaqı layihəsi Azərbaycanın strateji maraqlarının gələcəyinin, dövlətçilik inkişafının ziddinədir. Avrasiya İttifaqının həyata keçirilməsi yolunda son aylarda Rusiyanın siyasi rəhbərliyi müxtəlif addımlar atıblar və bu addımlar aydın şəkildə görünüb. Həmin addımlardan da biri Azərbaycan əsilli Rusiya vətəndaşları olan insanların "Milyaderlər İttifaqı"na cəlb edilib təşkilatlanmasıdır. Milli Şuranın müəllifi Rüstəm İbrahimbəyov təəssüf olsun ki, həmin qrupla əlaqədə olduğunu gizlətmir və Azərbaycan üzrə koordinator olması haqqında bəyanatları da mətbuatda yayımlanır. Təəssüf edirəm ki, Müsavat Partiyasının başqanı da "Milyaderlər İttifaqı" ilə əməkdaşlıq potensialının olmasından danışıb. Bu məsələnin təşkilatçıları olan bu iki nəfərin mövqeyindən narahatıq və Milli Şuranı Azərbaycanın gələcəyi üçün müəyyən təhlükə mənbəyi hesab edirik". Bunu cümə günü Trend-ə açıqlamasında VİP sədri Əli Əliyev deyib.

Əliyev partiyasının xarici qüvvələrin Azərbaycana təsir edərək öz siyasi məqsədlərini həyata keçirmək cəhdinin əleyhinə olduğunu bəyan edib.

"Milli Şura məsələsinə fərqli yanaşmam var. Biz bunu Azərbaycan ətrafında baş verən hadisələr baxımından qiymətləndirməyə çalışırıq. Belə ki, bizim müşahidələrimiz və siyasi mövqeyimiz bizə onu diktə edir ki, bu seçkilər ərəfəsində başqa dövlətlər tərəfindən Azərbaycana təzyiq cəhdləri mövcuddur. Biz təbii ki, biz buna qarşıyıq, istəmərik ki, Azərbaycanın dövlətçilik maraqları hardasa xələr görmüş olsun", - VİP sədri bildirib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisinin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti