...

Prezident İlham Əliyev Türkiyə dövləti rəhbərlərinə başsağlığı verib

Siyasət Materials 12 May 2013 16:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövləti rəhbərlərinə - Prezident Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktları ilə əlaqədar başsağlığı verib.
Prezident İlham Əliyev Türkiyə dövləti rəhbərlərinə başsağlığı verib

Azərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövləti rəhbərlərinə - Prezident Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktları ilə əlaqədar başsağlığı verib.

"Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxlu sayda insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram" - deyə Prezident İlham Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti