...

Milli Məclisin sədri azərbaycanlı alimlə bağlı İran Parlamentinin sədrinə müraciət edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 14 May 2013 12:27 (UTC +04:00)
Milli Məclisin sədri Azərbaycanlı alimlə bağlı İran Parlsmentinin sədri Əli Laricaniyə müraciət edəcək.
Milli Məclisin sədri azərbaycanlı alimlə bağlı İran Parlamentinin sədrinə müraciət edəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 may / Trend, müxbir M. Əliyev/

Milli Məclisin sədri azərbaycanlı alimlə bağlı İran Parlsmentinin sədri Əli Laricaniyə müraciət edəcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin çərşənbə axşamı keçirilən iclasında Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitunun əməkdaşı Xalidə Xalidin həbsi ilə bağlı qaldırılan məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan-İran parlamentlərarası dostluq qrupu mövcuddur və bu qrupun üzvləri bu məsələ ilə məşğul olmalıdırlar.

Milli Məclisin sədri deyib: "Mən də, öz növbəmdə spikerə müraciət edəcəyəm".

Oqtay Əsədov İran mediasında Türkmənçay müqaviləsinə yenidən baxılması ilə bağlı qaldırılan məsələyə münasibət bildirərkən deyib ki, bəziləri bizi təxribata çəkmək istəyirlər və biz buna getməməliyik.

Deputat Zahid Oruc plenar iclasda çıxışında bildirib ki, İran mediası son günlər Azərbaycanın ərazi bütövlüyünə iddia səsləndirir: "Düzdür, bu bizi narahat etmir, lakin Azərbaycan tərəfi də buna biganə qala bilməz".

Deputat Gülüstan müqaviləsinin 200 illiyi ilə bağlı silsilə tədbirlərin keçirilməsini təklf edib.

Spiker buna münasibət bildirərək deyib ki, bu kimi təxribata əhəmiyyət vermək lazım deyil: "Gülüstan müqaviləsinə gəldikdə, mənim içim yanır, lakin çağırış etmirəm".

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti