Azərbaycan, Bakı, 15 may /Trend/
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyaya dair Cenevrədə keçirilməsi planlaşdırılan konfransda İran və Səudiyyə Ərəbistanının da iştirakını vacib hesab edir.
"Ümumi düşüncə ondan ibarətdir ki, ötən il Cenevrədə olmuş dövlətlərlə yanaşı, mühüm oyunçular - İran və Səudiyyə Ərəbistanı da bu dəfəki konfransda iştirak etməlidir" - deyə Lavrov jurnalistlərə açıqlamasında bildirib.
"Mən düşünürəm ki, BMT TŞ-nin daimi üzvləri arasındakı əlaqələr istənilən məsələlərin həllinə müsbət təsir edə bilər. Rusiya və ABŞ-ın təklifilə Suriya məsələsinə görə, irəli sürülmüş konfransa gəlincə, "beşlik" məsləhətləşmə formatında əhəmiyyətli ola bilər, amma hər halda geniş tərkibdə yığışmaq lazımdır. Biz istəyirik ki, bu prosesdə Suriyanın bütün qonşuları iştirak etsin" - deyə Lavrov əlavə edib.