...

Xarici İşlər Nazirliyi: Azərbaycan və İran son bir neçə ay ərzində yüksək səviyyəli danışıqlar aparırlar

Siyasət Materials 21 May 2013 11:57 (UTC +04:00)
Son bir neçə ay ərzindəAzərbaycan və İran fəal danışıqlar aparırlar.
Xarici İşlər Nazirliyi: Azərbaycan və İran son bir neçə ay ərzində yüksək səviyyəli danışıqlar aparırlar

Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

Son bir neçə ay ərzindəAzərbaycan və İran fəal danışıqlar aparırlar. Trend-in çərşənbə axşamı "Press TV"yə istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Araqçi deyib.

Araqçı iki ölkə arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib.

Onun sözlərinə görə, keçmişdə Bakı və Tehran arasında anlaşılmazlıq olub. Belə ki, bəzi şəxslər İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsini istəmirlər:

"Bu yaxınlarda bizim təhlükəsizlik qüvvələrimiz Azərbaycanın iki vətəndaşını saxlayaraq dindiriblər. Biz vətəndaşlara ittihamın irəli sürülməsi məsələsi üzrə Azərbaycan hökumətinə məlumat verdik və dindirmədən sonra xoşməramlıq rəmzi olaraq onlar azadlığa buraxıldı".

O deyib: "İran nümayəndə heyətinin tərkibində Azərbaycanda həbs edilmiş İran vətəndaşı Mikail Kazemiyə gəlincə, burada anlaşılmazlıq var".

Araqçı anlaşılmazlığın qısa müddət ərzində aradan qaldırılacağına ümid etdiyini bildirib:

"Hazırda biz diplomatik kanallar üzrə bu məsələ üzərində işləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti