...

ATƏT İtaliyada üç jurnalistə böhtana görə verilən həbs cəzasından narahatlığını bildirib

Siyasət Materials 27 May 2013 20:47 (UTC +04:00)
Bu gün ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç İtaliyada böhtana görə üç jurnalistə verilən cəzadan narahatlığını bildirib.
ATƏT İtaliyada üç jurnalistə böhtana görə verilən həbs cəzasından narahatlığını bildirib

Azərbaycan, Bakı, 27 may /Trend/

Bu gün ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç İtaliyada üç jurnalistə böhtana görə verilən cəzadan narahatlığını bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATƏT-in yaydığı məlumatda deyilir.

Miyatoviç bildirib: "Müasir demokratiyada heç kəs yazdığına görə azadlıqdan məhrum edilməməlidir. Mülki məhkəmələrin nüfuzuna xələl gətirildiyini düşünən insanların narazılıqlarını aradan qaldırma baxımından səlahiyyətləri var".

Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin böhtana görə azadlıqdan məhrum edilmənin demokratik cəmiyyət üçün uyğunsuz və dağıdıcı olduğunu təsdiq edən əhəmiyyətli presedent hüququ var.

O deyib: "Mən İtaliya hakimiyyəti ilə sıx təmasda işləməyə davam edəcəyəm və diffamasiyanın dekriminallaşdırılmasına yardım edəcəyəm. Bu, gələcəkdə böhtana görə ittihamlarla üzləşməmək və jurnalist araşdırmasını stimullaşdırmaq üçün mümkün qədər tez edilməlidir".

Miyatoviç, həmçinin böhtana görə cəzanı nəzərdə tutan cinayət qanunvericiliyinə malik olan ATƏT-in digər iştirakçı dövlətlərini müvafiq qanunları ləğv etməyə çağırıb.

Qeyd edək ki, Milan məhkəməsi 2010-cu ildə İtaliyanın "Panorma" qəzetində palermolu hakim Françesko Messineo haqqında yazdıqları məqalənin dərc edilməsindən sonra böhtan ittihamı üzrə jurnalistlər Andrea Marçenaro, Corcio Mule və Rikardo Arenaya həbs cəzası verib.

Son zamanlar İtaliyada böhtana görə cinayət işlərinin artdığı müşahidə olunur. 2012-ci ilin sentyabrında Kassasiya Məkhəməsi "Libero" qəzetinin redaktoru Alessandro Sallusti haqqında çıxarılmış hökmü qüvvədə saxlayıb. Bu məsələ Miyatoviçin diqqət mərkəzində olub və sonra Prezident Ciorcio Napolitano qərarı ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti