...

İsraildən Rusiyaya "vurarıq" təhdidi

Siyasət Materials 28 May 2013 22:26 (UTC +04:00)
İsrail Rusiyanın Suriyaya "S-300" zenit-raket sistemlərini tədarük edəcəyi ilə bağlı açıqlamalara sərt reaksiya verib.
İsraildən Rusiyaya "vurarıq" təhdidi

Azərbaycan, Bakı, 28 may /Trend/

İsrail Rusiyanın Suriyaya "S-300" zenit-raket sistemlərini tədarük edəcəyi ilə bağlı açıqlamalara sərt reaksiya verib. Bu barədə Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir.

İsrail KİV-in məlumatına görə, İsrailin müdafiə naziri Moşe Yalon "S-300" tədarük olunarsa, raket sistemlərini vura biləcəklərini bildirib: "Hələ ki, tədarük həyata keçirilməyib və ümid edirik ki, həyata keçirilməyəcək. Lakin raket sistemləri Suriyaya göndərilsə, biz nə edəcəyimizi bilirik".

İsrail Suriyaya veriləcək silahların "Hizbullah"ın əlinə keçməsi, sonra isə özlərinə qarşı istifadə ediləcəyindən narahatdır.

Qərb KİV-də yer alan iddialara görə, İsrail Prezidenti Benyamin Netanyahu Soçidə RF dövlət başçısı Vladimir Putinlə görüşündə "S-300"-lərin Suriyaya verilməməsini tələb edib. Netanyahu raketlərin terrorçu qrupların əlinə keçə biləcəyini və Rusiya vətəndaşlarının da yaşadığı İsrail torpaqlarının hədəfə alınacağını iddia edib.

İsrail bu günə qədər Suriyada "Hizbullah"a bağlı olduğunu iddia etdiyi müxtəlif hərbi yüklər daşıyan hədəflərə hava hücümu təşkil edib. "S-300" zenit-raket sistemlərinin Suriyada aktiv vəziyyətə gətirilməsi ilə İsrailin hücumlarının tamamilə dəf ediləcəyi bildirilir.

Qeyd edək ki, "Haaretz" qəzeti İsrail Hərbi Hava Qüvvələrinin komandanı Amir Eşelə istinadən artıq Rusiyanın "S-300" sistemlərini Suriyaya göndərməyə hazırlaşdığını yazmışdı.

Xəbər lenti

Xəbər lenti