...

DYP İsa Qəmbərin avtomobilinin saxlanmasının səbəblərini açıqladı

Siyasət Materials 31 May 2013 11:19 (UTC +04:00)
Müsavat Partiyasının başqanı İsa Qəmbərin olduğu avtomobil sürət həddini aşdığına görə Qəbələ rayonunda yol polisi tərəfindən saxlanılıb.
DYP İsa Qəmbərin avtomobilinin saxlanmasının səbəblərini açıqladı

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/

Müsavat Partiyasının başqanı İsa Qəmbərin olduğu avtomobil sürət həddini aşdığına görə Qəbələ rayonunda yol polisi tərəfindən saxlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin verdiyi məlumata görə, həmin avtomobil Qəbələ rayonu ərazisindən keçərkən sürət həddini aşdığına görə radara düşüb və buna görə də yol polisi əməkdaşları tərəfindən saxlanılıb: "Həmin avtomobilin ilkin saxlanılma səbəbi sürət həddinin aşılması olub. Yoxlama zamanı müəyyən edilib ki, həmin sürücünün avtmobili idarə etmək üçün ona verilən etibarnamənin müddəti bitib. Nəqliyyat vasitəsinin sahibi isə avtomobildə olmadığına görə, bu səbəbdən avtomobil mühafizə olunan duracağa yerləşdirilib".

Qeyd edək ki, avtomobil İsa Qəmbərin deyil, başqa şəxsin adınadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti